Reklam verin!
Zahir Əzəmətin şəxsi blogu

 

Hazırladı: Şəms El 


Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: İyun 5, 2008 11:35 | Foto-Etüd | Şərhlər(3) | Baxış sayı: 125 | Yazını "XəbərNamə"yə göndər!



bizi tərk edən qadınlarla gedən
yalnız ümidlər deyil hər dəfəsində
sevişdiyimiz yerlər də yoxa çıxır


Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: İyun 2, 2008 22:46 | Şeirlər | Şərhlər(1) | Baxış sayı: 111 | Yazını "XəbərNamə"yə göndər!


uşaq idim
siyib
qar üzərində qonşu qızının adını yazardım
hərdən də yaz günlərində
bahar qoxuyan kənd yollarına


Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: İyun 2, 2008 22:43 | Şeirlər | Şərhlər(1) | Baxış sayı: 111 | Yazını "XəbərNamə"yə göndər!



bunu bilməlisən-
kədərli olduğunu gizlətməlisən,
üzündə təbəssümlə parçalanmalıdır ürəyin
içindəki yanğınla gülməlisən insanların üzünə
içindəki alovla!

özünü topla, salam de hər kəsə
"bu gün hava gözəldir"
"sən də şık görünürsən" söylə iş yoldaşına
duymasın, bilməsin kimsə
içindəki atəşi!
sümüyünə işləyən kədəri!

bu həyatdır!
meqapolisə kədər yaddır.
Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: May 30, 2008 10:09 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 114 | Yazını "XəbərNamə"yə göndər!

İçimdə bir qaranlıq,
İçimdə bir yuxu var.
Uçurumlar içində
Uçuram divar-divar.

Susadım səhərlərə
Susadım yağışlara
Bu ara sən də yoxsan-
Səhradan betər oldum.
İçimdə bir qaranlıq
İçimdə bir yuxu var
Bu yuxudan yoruldum
Bu şəhərdə heç kiməm,
Bu şəhərdən yoruldum
Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: May 27, 2008 13:22 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 114 | Yazını "XəbərNamə"yə göndər!

sevmirsən sevmə
daha yuxularıma girib
ujas filmlər niyə göstərirsən

sən gedəli onsuz da
televizorum xarab olub
mırıq dişləriylə sirk göstərən
məmiş kişi də öldü
son günlər isə yenə kəskin düşüb
Nyü-York birjasında
Bir azərbaycanlının dəyəri
Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: May 27, 2008 13:18 | Şeirlər | Şərhlər(1) | Baxış sayı: 144 | Yazını "XəbərNamə"yə göndər!

DİVAR YAZILARI VƏ YA KİRLİKİR ÜÇÜN DELETE

Aydın Talıbzadə


Şeirlər yalan deyə bilər…
Romanlar yalan danışa bilər…
Qəzetlər yalan yaza bilər…
TV-lər yalan söyləyə bilər…
Divar yazıları yox…
Onda sən divar yazılarını oxu, məmləkətim: özünü tanıyacaqsan. Qorxma, bu sənsən və Zahir Əzəməti də sən doğmusan.
Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: May 27, 2008 13:14 | Ədəbi Tənqid | Şərhlər(0) | Baxış sayı: 141 | Yazını "XəbərNamə"yə göndər!

 

 

Hazırladı: Şəms El


Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: May 26, 2008 18:14 | Foto-Etüd | Şərhlər(0) | Baxış sayı: 125 | Yazını "XəbərNamə"yə göndər!



Zahir Əzəmət: "Dövlət Rafiq Tağı olayından qeyri-rəsmi yolla, heç olmasa, bir yazıçımızın dünyaya çıxması üçün fürsət kimi istifadə edə bilərdi"

Elnur Astanbəylinin müsahibi şair Zahir Əzəmətdir
   
   - Zahir bəy, günümüzün ədəbi prosesinin ümumi mənzərəsini bir neçə cümlədə necə ifadə edərdiniz?
   - Qısamüddətli durğunluqdan sonra, ədəbi prosesdə yenidən bir canlanma yarandığı aydın görünür. Yenidən ədəbiyyat qəzetləri və səhifələr nəşr olunmağa başlayıb. Ədəbiyyatla bağlı internetdə bir neçə sayt yaranıb. Bu yaxşıdır, amma bu canlanmadan necə yararlanacağımızı indidən demək tezdir. Əsas odur ki, istənilən ictimai sahədə nifrət etdiyim sükut ədəbiyyatda pozulub.
  
Davamı...

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: May 26, 2008 10:38 | Müsahibələr | Şərhlər(1) | Baxış sayı: 117 | Yazını "XəbərNamə"yə göndər!


bu ocağın odunda yetimlik
çörəyinin dadında yetimlik
uşağında qadınında yetimlik

yoxsullar vətənsizmiş



Davamı...

Açar sözlər: qarabağ savaş 

Yazar: Zahir Əzəmət | Tarix: May 25, 2008 11:36 | Şeirlər | Şərhlər(3) | Baxış sayı: 127 | Yazını "XəbərNamə"yə göndər!

Əvvəlki yazılar

« Əvvəlki səhifə   Yazılar cəmi: 24    Sonrakı səhifə »