Qaynar xəbər portalı

SƏN VARSAN ZAMAN KİMİ

Hardasa uzaqda-
səmanın torpaqla
birləşdiyi yerdə
dayanıbsan.
Əllərin məni çağırır… Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 11 oxunma | Şərh yaz Şərh yazın »

(Əziz Nesinin əziz xatirəsinə)

“Mən səni sevirəm,
mənim eşşək sevgilim…”
Bir sevgilinin dilindən

Mən eşşəyəm. Yeddi yaşında, boz bir eşşək. Əvvəllər, yəni mən uşaq ikən dərimin rəngi parlaq idi və şabalıdıya çalırdı. Onda hələ kənddə yaşayırdım. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 12 oxunma | Şərh yaz Şərh yazın »

Jalə daha bir müsabiqənin qalibi oldu

2008-ci il Azərbaycan ədəbiyyatının gənc yazarlarının yadında müsabiqələrlə qaldı desək, yanılmarıq. Elə bircə “Nəsimi” ədəbiyyat müsabiqəsini xatırlatmaq yetər ki, “Kultaz” oxucuları gənc yazarların həvəslənməsinə təkan verən yarışmaların önəmini vurğulasın.
Hər zaman gənc yazarları diqqət mərkəzində saxlayan “Kultaz” olaraq bildirək ki, bu yaxınlarda, daha dəqiqi, oktyabrın 25-də həmkarlarımızdan birinin – Cavidanın şəxsi blogunda Jalənin təşəbbüsü ilə “Payız” adlı şeir müsabiqəsi elan olunmuşdu. Sadəcə xanımların iştirakına icazə verilən müsabiqə noyabrın 20-də başa çatmalıydı. Çatdı da. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 87 oxunma | Şərh yaz 7 şərh var »

(Qalib Toğrula Kopenhagendən birinci məktub)

… Cavanşir Yusiflini samballı polemikaya dəvət etdim, malisef qaçdı, təklif elədiyim mövzuya öz bloqundan səthi reaksiya bildirdi… Başdan- ayağa sosial problemlərə “dövrün ictimai-siyasi hadisələrinə münasibət bildirmək cəhdi” deməkdən irəli gedə bilmədi…
… Şərif Ağayarın hekayəsi haqda fikirlərimi dedim, digər yorumçulara cavab verdi, mənim qeydlərimə münasibət bildirməkdən çəkindi, “susmaq razılıq əlamətidir”, - bu, öz yerində- amma etiraf edə bilmək də mədəniyyətdir… Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 313 oxunma | Şərh yaz 19 şərh var »

Noyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda görkəmli Ukrayna şairi, ötən əsrin 70-ci illərində repressiya olunmuş Vasıl Stusun Azərbaycan və rus dillərində olan «Kolımada kəklikotu qoxusu» («Na Kolıme zapaxlo çabretsom») adlı şeirlər toplusunun təqdimetmə mərasimi keçirildi. «Dünya ədəbiyyatı» dərgisinin qısa adı «DƏB» (Dünya Ədəbiyyatından Books) olan kitab seriyasının 11-ci kitabı ölkəmizin Ukraynadakı səfiri, professor-doktor Tələt Əliyevin şəxsi dəstəyi ilə nəşr olunub. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 37 oxunma | Şərh yaz Şərh yazın »

YURİ ANDRÜŞENKO: “Bakıda yaşayıb, işləmək təklifinə məmnuniyyətlə razı olardım”

Anton Çexov adına Moldova Dövlət Rus Dram Teatrı yaxın keçmişdə Bakının qonağı oldu. Əliboş gəlməmişdilər. Yerli seyrçilərimizə üç tamaşa
- Çexovun məşhur «6-cı palata»sının motivləri əsasında «Strasti po Andreyu», Jan Batist Molyerin «Brak po nevole, ili şkola jon i mujey» və Voymil Rabadanın «Koldun «Ux-Tı» i malenkaya feya» romantik uşaq nağılı nümayiş etdirdilər. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 48 oxunma | Şərh yaz 1 şərh var »

TONQAL BAŞINDA

Tonqal iyi verirsən!” - bir gözəlin sözüydü.
Tüstülü saçlarımı qarışdırıb gülürdü.
Bilmirdi tonqal iyi mənim saçımdan deyil,
Köksümdə tüstülənən ürəyimdən gəlirdi!

Gözlərimin önündə tüstülənən kitablar,
Nəsiminin, Sabirin ruhunda tonqal iyi!
Haqqımı istəyəndə dilimə damğa basan
Adımı yasaq edən qorxumda tonqal iyi! Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 133 oxunma | Şərh yaz 4 şərh var »

«Sənə qəsd edəcəklər, dostum…» (Z.Ə.)

İnsanı sarsıda biləcək hadisələrin siyahısında yəqin ki, ölüm və xəyanət başda dayanacaq. Bu ölüm və xəyanət saray divarları arasında xüsusi cazibə qazanır, biləsiniz. Kütlənin hakim elitaya xüsusi heyranlığı və ürəyinin dərinliyində gizlədiyi qisasçı sevgisini nəzərə alsaq, «Hamlet» əsərinin bu qədər məşhurluğu sirri-xuda olmayacaq. Paytaxtın əksər teatr adamlarını, hətta teatrdan qaçaq düşənləri belə sizcə nə bir yerə cəm edə bilər? Dünya dramaturgiyasının ən şah əsəri. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 56 oxunma | Şərh yaz Şərh yazın »

Çingiz Hüseynov: «Rüstəm İbrahimbəyovla bağlı mubahisələr tamaşalı oyundur, icazəli xarakter dasıyır»

Rusiyada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynovla üz-üzə oturub söhbət etmək obyektiv səbəblərdən mümkün olmasa da, suallarımızı ona göndərmək imkanımız vardı.
Suallarımızı hörmətli Çingiz müəllimə göndərdik və cavabları çox gözləyəsi olmadıq. Təəssüf ki, bu lütfkarlığı Yazıçılar Birliyinə rəhbərlik edən bir çox yazıçı və şairlərdə görməkdən məhrumuq. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 170 oxunma | Şərh yaz 5 şərh var »

Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına. Nədən desən danışacaqlar. Yaralı Arazdan, Dəli Kürdən, statusa həsrət qalmış Xəzərdən, Cavad xandan, dastandan, xəngəldən, hindu qəbilələrindən, alternativ enerjilərdən, elmi tərəqqidən, yolxucu xəstəliklərdən. Siz onlara indiki zamandan sual versəniz, həmən susacaqlar. Davamı…

Yazar Yazar: Seymur Baycan | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 284 oxunma | Şərh yaz Şərh yazın »

Bacım Xatirə daş atıb başını tutmuşdu ki, bəs Aslana baxdırmasam, ürəyim partlayar. Mənim gülməyimi güclə saxladığımı görüncə hələ üstümə qızacaqdı da: ”Bax, Miri tutulanda gedib baxdırmışdım, qarşısında oturan kimi, dedi, ərin dörd divar arasındadı, darlıqdadı. Əgər uydurursa, hardan bildi ki, mənim ərim tutulub. De də, nəyə gülürsən, de də! E-e-ey.., sən də hər şeyə qulp qoymaq üçün ölürsən”- demişdi. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 540 oxunma | Şərh yaz 8 şərh var »

Rüstəmə qarşı bu qəfil hücumun məqsədi də onu əzməkdən daha çox (əslində bu mümkün olan iş deyil!) cəmiyyətin müqavimət gücünü yoxlamaqdır

Neçə gündür Azərbaycanda qəribə bir “hücum və müdafiə” kampaniyası yaşanır. Bu hücumun da, müdafiənin də hədəfi, ünvanı bir nəfərdir: mənim köhnə dostum, dünya şöhrətli sənətkar Rüstəm İbrahimbəyov.
Əslində Rüstəmin müdafiəyə ehtiyacı yoxdur. Əksinə, təkcə özünü yox, başqalarını da müdafiə etməyə onun gücü çatar. Amma Rüstəmin müdafiəsinə cəmiyyətin ehtiyacı var. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 743 oxunma | Şərh yaz 39 şərh var »

Tutalım ki… (Miniatür)

Tutalım ki, tab gətirə bilmədin haqsızlığa
və yaxud,
“Malışla” böyüdün deyə
Başın zərbələrdən başladı ağrımağa.
Böyrəyinin biri ayağına dolaşdı,
Ən yaxın sirdaşın “valerianka”oldu… Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 251 oxunma | Şərh yaz 11 şərh var »

Həyatda daha çox özümü böyük şairimiz Bəxtiyar Vahabzadənin misralarında görürəm: “dərdin yoxluğu da mənim üçün dərddir”. Bəzən çəkə bildiyimdən də artığına çiyin verdiyimdən, uzun müddətə yuxum qaçır. Gah futbola baxıram, gah da təkrar-təkrar verilən qaydasız döyüşlərə. Arada yaxşı kinolar da olur. Ancaq bütün bunlar da yetərli olmur – kitab oxumaq istəyirəm. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 124 oxunma | Şərh yaz 4 şərh var »

Poeziya zamanın bir an ayaq saxladığı yerdir. Poeziya zamanı bizə hiss elətdirən Allah möcüzəsidir. Məncə, zamanı ən çox uşaqlar hiss eləyirlər.
Uşaqlar dünyanın ilk şeiridir. Dünyanın ilk şeiri olduqları üçün də dünyanı yaxşı duyurlar. Məsələn, biz ağacdan pəncərə düzəltmək istəyirik, onlarsa ağacın budaqlarından yelləncək asmaq fikrindədirlər. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 2,205 oxunma | Şərh yaz 18 şərh var »

İlK DÜŞMƏNİM. MEMUAR

Həsənağa 10 yaşında öldü. Öldü də yox, gəbərdi, gəbərdi də yox, xosunvay oldu. İndi mən öz həmyaşımdan, ilk düşmənimdən düz 45 il böyüyəm. “O, rəhmətə getdi”, “o, haq dünyaya qovuşdu”, - onun barəsində bu cür-bu sayaq şirin-şəkər cümlələrə də dilim gəlmir. Dəyməz. Üstəlik, onsuz elə yalançı-əttökən mədəni sözlərə məndə səbir-qərar qalmayıb. “Mədəni” deyəndə - çürük və boş, bayağı-şit, süni-bürokratik sözlər.
Hə, yalançı-əttökən… Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 241 oxunma | Şərh yaz 6 şərh var »

(“Fraqmentlər” kitabından)

Ən yaxşı şeirlərində nə var – bunu demək və bəlləmək o qədər də asan deyil. Ona görə yox ki, onun təqdim etdiyi mətndə informasiyanın tipi quruluşca mürəkkəbdir, dərhal izaha yatmır, yaxud bir neçə mənbədən gəlməklə, dərhal qiymətləndirmə işini çətinləşdirir. Ona görə ki, bu bədii aləm həm son dərəcə ənənə ilə bağlı, həm də ənənəni çarpaz kəsən işarələrdən hörülmüşdür. Əli Kərim şeirə qəribə bir sakitlik və rahatlıq gətirdi. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 305 oxunma | Şərh yaz 12 şərh var »

EMİQRANT MÖHÜRÜ (neo-poema)

I
Küçə
hürür üstümə.

Addım səslərim
ayaqlarımı
vurub qoltuğuna qaçır… Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 175 oxunma | Şərh yaz 5 şərh var »

(Ustad Həmid Herisçiyə salam və sayğılarla)

“Moskva bir gündə tikilməyib” (Rus deyimi). Bakı isə bir gündə tikilib… XIX əsrin ortalarında bu şəhər protoazərbaycanlıların yaşadığı kiçik şəhərlərin arasında çoxlarından fərqlənmirdi. Təbriz, Ərdəbil, Gəncə, Şəki, Şamaxı, Şuşa kimi şəhərlər Bakıdan ərazisinə və əhalisinə görə, elə mədəniyyətinə görə də dəfələrlə böyük idilər. Mədəniyyət demişkən, bu söz ərəb dilindən gəlib və “mədinə”dən yaranıb – yəni şəhər deməkdir! Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 397 oxunma | Şərh yaz 15 şərh var »

Bu söylədiyimin doğru olub-olmadığına heç özüm də əmin deyiləm. Amma mənə elə gəlir ki, sanki hamımız doğulanda daxilimizdə bir başqası üçün ayrılmış yerlə birgə doğuluruq.
Bir hissəsi itmiş tapmaca kimi…
Həyatımızın önəmli çağını qərib bir çatışmamazlıq duyğusu ilə keçirməyimiz, bəzi səhərlər anlaşılmaz sıxıntılarla oyanmağımız, bəzən adsız ümidlərlə nəşələnməyimiz, düşünürəm ki, o boşluğun içimizdə yaratdığı girdabdan qaynaqlanır. Davamı…

Yazar Yazar: Admin | Göndər Göndər | Çap et Çap et | Oxunma sayı 132 oxunma | Şərh yaz 1 şərh var »