Reklam verin!
Zahir Əzəmətin şəxsi blogu
sevmirsən sevmə
daha yuxularıma girib
ujas filmlər niyə göstərirsən

sən gedəli onsuz da
televizorum xarab olub
mırıq dişləriylə sirk göstərən
məmiş kişi də öldü
son günlər isə yenə kəskin düşüb
Nyü-York birjasında
Bir azərbaycanlının dəyəri


cəhənnəmə ki
sevmirsən sevmə
daha rəqsanənin mahnısına oynamağın nəydi

bu da ilk bahar yağışı
havalar küçələr qəzet köşkləri
araq qoxuyur
adamlar evə tələsmir
adamlar darıxır
sən də sevmirsən sevmə
daha ayaqqabım niyə su buraxır

Açar sözlər:

Yazar: Zahir Əzəmət | Tarix: May 27, 2008 13:18 | Şeirlər | Şərhlər(1) | Baxış sayı: 143

Şərhlər

1
Baba yazıb:

Ela sheirdir...

''son günlər isə yenə kəskin düşüb
Nyü-York birjasında
Bir azərbaycanlının dəyəri''

Oktyabr 5, 2008 19:51

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha