Zahir Əzəmətin şəxsi blogu
Zahir Əzəmət: "Dövlət Rafiq Tağı olayından qeyri-rəsmi yolla, heç olmasa, bir yazıçımızın dünyaya çıxması üçün fürsət kimi istifadə edə bilərdi"
Elnur Astanbəylinin müsahibi şair Zahir Əzəmətdir
- Zahir bəy, günümüzün ədəbi prosesinin ümumi mənzərəsini bir neçə cümlədə necə ifadə edərdiniz?
- Qısamüddətli durğunluqdan sonra, ədəbi prosesdə yenidən bir canlanma yarandığı aydın görünür. Yenidən ədəbiyyat qəzetləri və səhifələr nəşr olunmağa başlayıb. Ədəbiyyatla bağlı internetdə bir neçə sayt yaranıb. Bu yaxşıdır, amma bu canlanmadan necə yararlanacağımızı indidən demək tezdir. Əsas odur ki, istənilən ictimai sahədə nifrət etdiyim sükut ədəbiyyatda pozulub.
- Son günlər ədəbi çevrələrdə bir prezident təqaüdü qovğası yaşanmaqdadır. Artıq ədəbi müxalifətin də təqaüd davasının iştirakçısına çevrildiyi hiss olunur. Sizcə doğrudanmı bir prezident təqaüdü ədəbiyyatın bütün problemlərii həll etmək gücündədir. Ümumiyyətlə, sizin bu qovğada mövqeyiniz necədir?
- Qısa desəm, ədəbiyyat adına təqaüd istəməyin və ya almağın əleyhinəyəm. Çünki bu addım dövlətin indiyəqədərki ədəbi-mədəni siyasətinə haqq qazandırmaq, ona ikinci nəfəs vermək anlamına gələcək. Əlbəttə, mən o fikri paylaşmıram ki, bu təqaüdü alan ədəbiyyatçı dostlarımız daha sonra dövlətdən asılı vəziyyətə düşəcəklər. Azad Yazarlar Ocağında toplaşan dostlarımız yetərincə azad ruhlu olduqlarını dəfələrlə göstəriblər. Amma burada, qeyd etdiyim kimi, daha incə bir məsələ var. "Yuxarılar" AYB-ni vahid ədəbi orqan kimi tanımasını, ədəbi rəqabəti boğmasını, televiziyaların üzünü demokratik yazarların üzünə bağlamasını, ədəbiyyatı bir proses və sistem kimi iflic vəziyyətə salmasını, kitab biznesinin inkişafına şərait yaratmamasını ara-sıra verdiyi təqaüdlərlə pərdələməyə çalışır. Bu, çox incə bir siyasətdir və məncə dostlarımız bu siyasətdə alətə çevrilməməlidir. Qoy dövlət təqaüd sitemi yox, tender sistemi tətbiq etsin, azad rəqabət mühiti yaratsın, biz də bu sağlam addımı alqışlayaq. Əlbəttə, o pullar bu millətin hər bir vətəndaşı kimi bizim də halal haqqımızdır. O pulları heç bir nazir cibindən vermir. Bizlərin, yaxınlarımızın ödədiyi vergilər hesabına formalaşan büdcədən verir. Amma bəllidir ki, yalnız ədəbiyyatçıların yox, digər təbəqələrin də haqqı tapdanır. Belədə gələcəyin ziyalısı adına iddialı olan indiki yazar dostlarımız kimin yanında olmalıdır? Xalqın, yoxsa... Bizim özümüzü bütün toplumdan ayırıb, "əziz-xələf" saymağımızın bir mənası varmı? Məncə, indiki halda bircə addım da geri çəkilmədən, dövlətdən ədəbi monopoliyaya son qoyulmasını, nəşriyyat biznesinin inkişafı üçün güzəştlər paketinin qəbulunu, televiziyalarda qoyulan qeyri-rəsmi qadağanın ləğvini, təkcə yazarların deyil, bütün xalqın adi insani hüquqlarını tanımasını tələb etməliyik. Bütün bunlar olandan sonra heç bir istedadlı insanın sosial problemi də qalmaz və ziyalının "ələbaxımlıq" xəstəliyinin kökü kəsilər.
- Ədəbi cameədə baş verənlərə kənar gözlə baxdıqda belə qənaətə gəlmək olar ki, əslində proses yaradıcı yox, təşkilati müstəvidə cərəyan edir. Bu fikri paylaşırsınızmı?
- Razıyam. Səbəbi budur ki, təşkilati müstəvidə olan problemlərin heç biri hələ də həll olunmayıb. Onların bir qismini əvvəlki suala cavabımda sadaladım. Amma təşkilatlanmayla yanaşı, biz yaradıcı müstəvidə də təkmilləşməni, yeniləşməni unutmamalıyıq. Hələ ki, bu proses ləng gedir. Mətnlər, əsərlər ətrafında ciddi və nəzəri diskussiyalar yox dərəcəsindədir. Heç olmasa, yeni çıxan kitabların sistemli müzakirələrini təşkil edə bilərik. Bunu da etmirik. Əslində bir neçə il əvvəl bu proses başlamışdı, amma daha sonra tədricən ləngidi, indi isə az qala tamam dayanıb. Sanki ikinci nəfəsə ehtiyac var. Sanki hamı nəyisə gözləyir. Bəlkə yeni nəsil gələcək? Bəlkə onlar daha dinamik surətdə təşkilatlanıb bu boşluğu dolduracaq? Hələ ki, bir işartı yoxdur.
- Azərbaycan əbiyyatında "Biləcəri sindromu" barədə tez-tez danışılır. Sizcə, Azərbaycan yazıçılarının hələ də dünya miqyasına çıxa bilməməsinin səbəblərini necə ümumiləşdirmək olar?
- Dünya ədəbiyyatına çıxmaq, böyük və uzunmüddətli bir prosesin nəticəsində olur. Təqaüdün deyil, normal bir ədəbi sistemin davasında israr etməyimin də səbəbi budur. Dövlətin heç bir ədəbi-mədəni konsepsiyası yoxdursa, adı belə, dünyada çox az adama bəlli olan xırda bir ölkənin yazıçısını, məsələn, ABŞ-ın Texas ştatında necə tanıya bilərlər? Adda-budda əlinə düşən şansları da dövlət boşa verir. Rafiq Tağı olayını xatırlayın. O arada yazıçının adı dünyanın ən tirajlı qəzetlərində, internet səhifələrində aylarla gündəmdə qaldı. Yəqin ki, bu yazıçılarımızın adını ilk dəfə eşidən ədəbiyyat həvəskarları ingiliscə, fransızca, almanca və ya başqa dildə onları internet üzərindən axtarışa verib, gözləri kitab mağazalarında onların adını arayıb. Amma nə görüb? Görüb ki, belə adamlar yoxdur. Bu situasiyada dövlət nə edə bilərdi? Hansısa qeyri-rəsmi yolla heç olmasa Rafiq Tağının bir kitablıq hekayələrini tərcümə etdirib, dünya ölkələrinə çıxara bilərdi. İnanın ki, nəşriyyatlar bu kitabı dərhal çap edərdilər. Çoxları elə bilir ki, Orxan Pamukla Türkiyə arasında nəsə bir soyuqluq-zad var. Amma fakt budur ki, 3 il ard-arda adı Nobel siyahısına düşən Orxana son şansında dövlət dəstək verdi. Yaranan qalmaqallar, şok açıqlamalar xususi bir taktika idi. Çünki Türkiyə Yaşar Kamal təcrübəsindən dərs almışdı. Siz Orxanın Nobel alandan sonra hansısa qalmaqallı və ya Türkiyə əleyhinə bir açıqlamasına rast gəlmisinizmi? Qətiyyən! Əksinə, indi dünyanı qarış-qarış dolaşan Orxan Pamuk həm də Türkiyənin qeyri-rəsmi səfiridir. Qardaş ölkənin Avropa Birliyinə qəbul edilməsi üçün ən qızğın təbliğatçılardan birinə çevrilib. Bu gün Orxanın dünyada 10 milyonlarla ölçülən oxucu auditoriyası həm də Türkiyənin auditoriyasıdır. Bizim dövlət belə situasiyalara hazır deyil. Məsələyə yaradıcı baxımdan yanaşsaq, bu gün Azərbaycan şeiri nə qonşu ölkələrin, nə də Rusiya kimi böyük ədəbiyyat ənənələrinə malik ölkənin şeirindən geri qalmır. Sadəcə, bu gün ədəbiyyatın lokomotivi nəsrdir. Bizdə böyük, qlobal mövzuları içinə alan nəsr əsərləri yaranmır. Mövzularımız Biləcəriyə qədər olduğu üçün, auditoruyamız da ora qədərdir.
- Yarandığı qısa müddət ərzində rəhbəri olduğunuz kultaz.com saytı Azərbaycanda ədəbi və mədəni mühitin əsas təbliğ qaynağına çevrilib. Saytla bağlı hansı yeni planlarınız var. Yeri gəlmişkən, saytınızın lit.az-la birgə həyata keçirdiyi "Nəsimi" Milli Ədəbi mükafatının taleyi barədə oxucularımıza məlumat verərdiniz.
- Bu gün internet məkanında kultaz.com və tərəfdaşımız olan lit.az saytları doğrudan da öz operativliyi və dinamikliyi ilə ədəbi-mədəni həyatımızın əsas güzgüsünə çevrilib. Hazırda lit.az-la birlikdə yeni bir layihənin üzərində işləyirik. Bu layihə Avropanın əsas aparıcı dillərində Azərbaycanın elektron kitabxanasını yaratmaqdır. Burada təkcə ədəbi mətnlər deyil, bütün sahələri əhatə edən elmi əsərlər, məqalələr toplanacaq. Məqsədimiz əcnəbi oxuculara Azərbaycanın yaradıcı və intellektual potensialı tanış olmağa imkan yaratmaqdır. Bu geniş və ağır layihəni ilin sonuna qədər gerçəkləşdirmək fikrindəyik. Lit.az- la başladığımız daha bir layihə isə, qeyd etdiyiniz "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsidir. Aprelin 2-dən start götürən müsabiqəyə 40-a yaxın müəllifin 120-dən artıq əsəri qəbul edildi. Güney Azərbaycandan və əyalətlərdən də yazarların qatıldığı bu müsabiqə öz miqyasına görə Azərbaycanda ilk hadisədir. Hazırda ölkənin tanınmış ədəbiyyatçılarından ibarət 5 nəfərlik münsif qalibləri seçməklə məşğuldur. Nəticələr mayın 28-də elan olunacaq. Qaliblər üçün tərəfimizdən özəl saytlar qurulacaq və onların daimi təbliğatçısına- ədəbi agentinə çevriləcəyik. Bu da Azərbaycanda yeni hadisədir.
- Yaxın gələcək üçün Azərbaycan ədəbiyyatı haqqında diaqnozunuz...
- Falçılıqdan zəhləm gedir. Amma bu faktdır ki, Azərbaycan heç vaxt istedad sarıdan korluq çəkməyib. Yuxarıda sadaladığımız problemlər həll olunarsa, bizdə də böyük yazıçılar yetişəcək. Yoxsa tariximizin bütün səhifələrini dolduran istedadlar məzarlığında yeni adsız başdaşılar peyda olacaq.
Elnur ASTANBƏYLİ
Qeyd: Müsahibə "Milli Yol" və "Ədalət" qəzetlərində dərc olunub (aprel, 2008)

Açar sözlər:

düz deyirsən, dövlətdən heç nə ummaq lazım deyil. Əks halda yaradıcı insan yaradıcı azadlığını itirər
May 26, 2008 13:58