Reklam verin!
Zahir Əzəmətin şəxsi blogu

sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…

sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün

və sevməyin ay əclaflar
bizi gözləyən qadınları

Açar sözlər: əsgər 

Yazar: Zahir Əzəmət | Tarix: May 24, 2008 23:52 | Şeirlər | Şərhlər(0) | Baxış sayı: 103

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha